Sosial
“Xalq” qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib
“Xalq” qəzetinin redaksiyasında uzun illər jurnalistika sahəsində səmərəli fəaliyyət göstərmiş Əliyev Həbib Əli oğlunun yaradıcılığına Veysəloğlu Şirkətlər Qrupu tərəfindən dəstək məqsədilə görüş keçirilib. Görüşün təşəbbüskarı qismində “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov çıxış edib.
Rəsmi dövlət qəzetinin redaksiyasında baş tutan görüşdə Veysəloğlu Şirkətlər Qrupunun Mətbuat Xidməti direktoru Məhəmmədəli Qəribli də iştirak edib. Bildirilib ki, bu görüş jurnalist peşəsinə hörmətin ifadəsi, uzunmüddətli yaradıcılıq fəaliyyətinin dəyərləndirilməsi və media ənənələrinin qorunması məqsədi daşıyır.
Qeyd olunub ki, Həbib Əliyev uzun müddət Rusiya və Ukraynada yaşayıb və qürbətdə olduğu dövrdə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal jurnalist fəaliyyəti göstərib. O, Azərbaycan və rus dillərində yayımlanan “Azərbaycan–Qobustan” adlı radio layihəsini yaradaraq ölkəmizin tarixi, mədəniyyəti və ictimai-siyasi reallıqlarının təbliğinə mühüm töhfələr verib.
Əflatun Amaşov çıxışında Həbib Əliyevin jurnalistikadakı xidmətlərini yüksək qiymətləndirərək bildirib ki, belə qocaman jurnalistlərin fəaliyyəti milli mətbuat tariximizin ayrılmaz hissəsidir və onların əməyinə hər zaman xüsusi dəyər verilməlidir.
Məhəmmədəli Qəribli isə vurğulayıb ki, Veysəloğlu Şirkətlər Qrupu media dəyərlərinin qorunmasına, peşəkar jurnalistlərin əməyinin qiymətləndirilməsinə və milli mətbuat ənənələrinin yaşadılmasına daim önəm verir.
Həbib Əliyev göstərilən diqqəti jurnalist əməyinə hörmət nümunəsi kimi dəyərləndirib və öz adından Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbova minnətdarlığını çatdırıb. Görüşün sonunda xatirə fotosu çəkdirilib.


-
Kriminal19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı
-
Sosial17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA
-
Avropa16:47Avropada rus "ov"u başladı: Şəxsi məlumatlar toplanır, "qara siyahı" hazırlanır
-
Sosial15:47Əli Əsədov əmr imzaladı
-
ABŞ14:52Pentaqonun məxfi sənədlərində ABŞ-ın NATO-dan çıxması haqda nələr var?
-
Avropa14:28Makron adada bəyan etdi: Siyasətdən gedir
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı






































