Sosial
ADSEA-nın Çağrı Mərkəzi 833 minə yaxın zəngə cavab verib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) 955 Çağrı Mərkəzi vətəndaşların şikayət və müraciətlərinin operativ şəkildə qəbul edilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə sutka ərzində fasiləsiz fəaliyyət göstərir.
Publika.az xəbər verir ki, agentliyin vahid sistemi üzrə fəaliyyət göstərən Çağrı Mərkəzi müraciətləri canlı rejimdə, səsli mesaj və geriyə zəng sifarişi vasitəsilə qəbul edir. Vaxt məhdudiyyəti və ya xətdə gözləmək imkanı olmadıqda vətəndaşlar “səsli mesaj” və ya “geriyə zəng sifarişi” xidmətlərini seçə bilirlər. Gün ərzində həmin vətəndaşlara geriyə zəng edilir. Müraciətlər dinlənilir, sorğu tipli müraciətlər birbaşa cavablandırılır, araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq “Müraciət vərəqəsi” tərtib edilir və aidiyyəti üzrə araşdırmaya göndərilir.
Bundan əlavə, digər platformalar (onlayn çat, sosial şəbəkələr, WhatsApp) vasitəsilə daxil olan sorğu tipli müraciətlər də operativ şəkildə cavablandırılır.
2025-ci il ərzində 955 Çağrı Mərkəzi tərəfindən 832 961 müraciət cavablandırılıb. Cavablandırılan zənglərdən 492 993-ü (55 %) araşdırmaya ehtiyac olmadan birbaşa cavablandırılıb, 297 538 zəng (33 %) əsasında iş əmri yaradılıb, 42 430 müraciət (5 %) isə sorğu xarakterli olub.
İş əmri yaradılan 297 538 zəngin 238 870-i həllini tapıb (80%), 58 668-nə (20 %) isə müvafiq izahat verilib.
-
Dünya11:40Hamı buna hazırlaşır: İki il sonra üçün bütün otellər tutulub - Nə baş verəcək?
-
Avropa11:07İyun istiləri Britaniya iqtisadiyyatına neçəyə başa gəlib? - Ağır günlər irəlidədir
-
Rəsmi xronika10:53İlham Əliyev özbəkistanlı həmkarına zəng etdi
-
Dünya10:09Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
-
MDB09:21Ukrayna Leninqrad vilayətində “Wildberries” anbarını partlatdı - Xəsarət alanlar var
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında



































