Sosial
Azərbaycanda “avaralığa” görə kimlər cərimələnə bilər? - Açıqlandı
Aparıcı Aytən Səfərovanın paylaşdığı məsələ cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, ona göndərilən mesajda bir vətəndaşın “avaralıq” maddəsi ilə 20 manat cərimə edildiyi bildirilib.
İlk baxışda bu məlumat bir çoxlarına dələduzluq hekayəsi kimi görünsə də, aparıcının araşdırmasından sonra məlum olub ki, İnzibati Xətalar Məcəlləsində həqiqətən də “avaralıq” anlayışı ilə bağlı maddə mövcuddur. Məsələ isə ondan ibarətdir ki, rəsmi işi olmayan, ailə və uşağa sahib bir şəxs hansısa sexdə çalışsa da, işinin qeyri-rəsmi olması səbəbilə “avaralıq” ittihamı ilə üzləşib və cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinin bəndlərində avaraçılıq təsnif edilib və cərimələr göstərilib: “Şəxsin evi olmaması və işləməməsi avaralıq sayılmır.
Bunlarla bərabər digər əməllər də olduqda hesab edilir. Maddədə göstərilir ki, daimi yaşayış yeri və fəaliyyəti olmayan, xırda oğurluq və ya dilənçiliklə dolanan şəxs “avaralıq” maddəsi ilə cərimələnə bilər. Cərimə 20-25 manat olur. Ancaq məsələ burasındadır ki, şəxsin iş və yaşayış yeri yoxdursa, o pulu necə verəcək? Vətəndaşın bu cərimələrlə üz-üzə qalmaması üçün o, xırda oğurluq və dilənçilik etməməlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 523-cü maddəsinin 1-ci bəndində göstərilir ki, avaralıqla məşğul olmağa görə vətəndaşlara xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya iyirmi manatdan iyirmi beş manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.
2-ci bənddə isə göstərilir ki, yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən avaralığa cəlb edilməsinə görə əlli manatdan doxsan manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda beş gündən on beş günədək müddətə inzibati həbs tətbiq edilir.
Bu maddədə “avaralıqla məşğul olan” dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir


















.jpg)

















