Sosial
Texnologiyada qadın gücü: Bir “Ctrl is hers” proqramına start verdi
Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir qadınların texnologiya sahəsindəki rolunu gücləndirir. Bir ekosistemi texnologiya sahəsində qadınların iştirakını genişləndirmək, onların potensialını üzə çıxarmaq və real inkişaf imkanları yaratmaq məqsədilə “Ctrl is hers” proqramına start verir.
Proqramın məqsədi data analitikası, kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma, bulud texnologiyaları və digər rəqəmsal istiqamətlər üzrə karyera qurmaq istəyən qadınlara dəstək olmaqdır. “Ctrl is hers” proqramı yalnız iştirakçılara bilik və bacarıq verməklə kifayətlənmir – ölkənin rəqəmsal ekosistemində güclü qadın istedadların formalaşmasına dəstək olmağı və daha inklüziv texnologiya mühitini yaratmağı hədəfləyir.
Proqramda texnologiya ixtisasları üzrə təhsil alan qadın tələbələr, yeni məzunlar, karyerasını texnologiya sahəsinə yönləndirmək istəyən qadınlar, eləcə də texnoloji rollarda karyeraya sahib olan qadın mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar texniki və yumşaq bacarıqlar üzrə təlimlər almaqla yanaşı, praktik layihələr üzərində çalışacaq və real iş mühitində təcrübə qazanacaqlar. Sonda yüksək nəticə əldə etmiş iştirakçılar Bir daxilində təcrübə proqramları, mentor dəstəyi və karyera imkanlarından faydalana biləcəklər.
Qeydiyyat üçün son tarix: 23 may 2026-cı il Proqram haqqında ətraflı məlumat: " www.b-b.az/hrcareer
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: https://bir.az/
-
Hadisə18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir
-
Rəsmi xronika17:07İlham Əliyev sərəncam imzaladı
-
Sosial16:50İran səfiri İlham Əliyevə təşəkkür etdi
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər








.jpg)










.jpg)
















