Sosial
Polis Akademiyasının kursantı Qusarda polis olmaq arzusunda olan gənclərlə görüşdü - FOTO
Qusar rayonundan olan və hazırda Polis Akademiyasında təhsil alan kursant doğma rayonuna gələrək Qusar Rayon Polis Şöbəsində Polis Akademiyasına hazırlaşan abituriyentlərlə görüş keçirib.
Publika.az xəbər verir ki, tədbirdə Qusar RPŞ-nin rəisi, polis polkovniki Azər Əfəndiyev, hazırda Polis Akademiyasında təhsil alan rayonun orta məktəb məzunu, abituriyentlər və valideynlər iştirak ediblər.
Görüş zamanı kursant Akademiyada təhsil prosesi, qəbul qaydaları, fiziki və nəzəri hazırlıq mərhələləri, eləcə də gələcək polis əməkdaşının üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib, gənclərin suallarını cavablandırıb.
Tədbir çərçivəsində abituriyentlər Qusar RPŞ-nin inzibati binası, xidməti otaqlar və polis avtomobilləri ilə yaxından tanış olublar. Onlara polis orqanlarının fəaliyyəti, gündəlik xidmət prosesi və maddi-texniki təminat barədə məlumat təqdim edilib.
Görüşün əsas məqsədi gənclərdə polis peşəsinə marağın artırılması, onların düzgün istiqamətləndirilməsi və gələcək karyera seçimində dəstək göstərilməsi olub.
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir

















.jpg)

















