Nida Təhlil
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bildirib ki, “Bakıda saxlanılan “erməni əsirlər”lə (müharibə cinayətlərinə görə məhkum edən separatçı liderlər-red) bağlı məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək.
“Bu məsələni baş nazirlə (Nikol Pşainyan) müzakirə edəcəm, səfərdən dərhal sonra da Prezident İlham Əliyevlə danışacam”, - Makron bildirib.
Bu, rəsmi Paris üçün yeni çətinlik vəd edir. Çünki separatçıların azad edilməsi istəyi Bakının “qırmızı xətlərini” keçmək cəhdidir, həmçinin, Paşinyanın da məsələyə yanaşması mənfidir. Makron bunu anlayır, hərçənd, İrəvan küçələrində erməni jurnalistlərin sualını cavabsız qoyması, yaxud məsələyə laqeyd mövqe sərgiləməsi Fransanın “erməni siyasətinə” zidd olardı. Fransa prezidentinin açıqlaması həm ölkəsindəki erməni icmasının, həm Yelisey sarayına təsir imkanı olan erməni lobbisinin istəyini qarşılamaq, həm də Ermənistanda revanşist elektoratının inamını itirməmək məqsədi kimi görünür.
İstisna deyil ki, Makron İrəvan səfərindən sonra Əliyevlə danışmağa cəhd edəcək. Lakin Bakının cavabı bəllidir: ya Əliyev ümumiyyətlə Makronun telefon zənginə cavab verməyəcək, ya da ona “qırmızı xətt”i yenidən göstərəcək;
Makronun məsələni ritorik çərçivədən kənara çıxarmayacağı ehtimalı böyükdür. Bunun əksi – Fransanın həbs edilən separatçılar - Vardanyan, Arutyunyan və digərləri məsələsində israrlı mövqeyi Parisin təkcə Bakı ilə normallaşan münasibətlərini deyil, ümumilikdə Cənubi Qafqazdakı mövqelərini yenidən risk altına sala bilər. Bu, Avropa İttifaqının regionla bağlı siyasətinə də zidd görünür.
Asif Nərimanlı
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə































