Sosial
Ombudsmandan mühüm təklif: İş yerlərində...
Azərbaycanda iş yerlərində təkrar mobbinqə məruz qalan işçilərə səlahiyyət verilməsi təklif olunur.
Publika.az xəbər verir ki, bununla bağlı məlumat İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Təklifə əsasən, Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbinq)" adlı yeni maddənin əlavə edilməsi və bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi vacibdir.
Bundan əlavə, təklifə görə Məcəllənin 69-cu maddəsinə (Əmək müqaviləsinin İşçi tərəfindən ləğv edilməsi qaydası) işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbinq) məruz qalan işçilərə əmək müqaviləsinə birtərəfli qaydada ləğv edilməsi səlahiyyəti verilməlidir.
Xatırladaq ki, mobbinq şəxsin iş həyatından kənarlaşdırılması üçün qəsdən edilən psixoloji zorakılıqdır. Belə ki, mobbinq insanın hörmətsiz, alçaldıcı, təhqiramiz rəftar, hörmətsiz ittihamlara məruz qalması ilə başlayır. Mobbinqin davamında işəgötürən, qarşı tərəfin sosial nüfuzunun azaldılmasına yönəlmiş təcavüzkar mühit yaratmaqla, təhqir və istehza ilə işini tərk etməyə çağırır.
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı




















.png)













