Sosial
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı
Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə maliyyə fəaliyyətinin auditi zamanı milyonlarla manatlıq avadanlıqların anbarlarda istifadəsiz qaldığı və mühasibat uçotunun düzgün aparılmadığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə Hesablama Palatasının nəşri olan "Dövlət auditi" bülletenində bildirilir.
Audit sübutlarına əsasən, Komitədə faktiki olaraq istifadəyə verilməyən və anbarda mövcudluğu müəyyən edilən ümumilikdə 4 milyon 793 min manat dəyərində avadanlıq aşkar edilib. Bunların arasında ən böyük payı ümumi dəyəri 4 milyon 779 min 547 manat olan 11 min 507 ədəd planşet təşkil edir. Qaydalara zidd olaraq, bu istifadəsiz avadanlıqlar "Torpaq, tikili və avadanlıqlar üzrə kapitallaşdırılmış məsrəflər" əvəzinə "Torpaq, tikili və avadanlıqların dəyəri" hesabında uçota alınıb.
Həmçinin, informasiya təhlükəsizliyi üçün 2024-cü ildə 236 min manat dəyərində "mərkəzləşmiş antivirus sisteminin proqram təminatı" (1200 ədəd lisenziya) alınaraq istifadəyə verilsə də, bu qeyri-maddi aktivlərin mühasibat uçotunda düzgün əks etdirilmədiyi və maliyyə hesabatlarında təhrif yaradıldığı qeyd olunur.
-
MDB20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi
-
Sosial16:49Əli Əsədov qərar imzaladı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR










.jpg)
























