Sosial
FHN Zəngəzur Milli Parkında təlim keçirdi - FOTO/VİDEO
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Akademik H.Əliyev adına Zəngəzur Milli Parkının Şahbuz rayonu ərazisinə düşən hissəsində “Qar uçqunu zamanı axtarış-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəladə Hallar, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əlahiddə Ümumqoşun Ordunun və Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallarla mübarizə istiqamətində qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsi olub.
Təlimdən əvvəl xilasetmə qurumlarının əməliyyat-taktiki təlimə cəlb olunmuş texnika və avadanlıqlarına, müvəqqəti salınmış çadır şəhərciyinə baxış keçirilib.
Təlimdə FHN-in xilasediciləri Əlahiddə Ümumqoşun Ordunun müvafiq bölmələri ilə birgə mürəkkəb relyefli dağlıq ərazidə əlverişsiz hava şəraitində şərti axtarış-xilasetmə işləri aparıb, şərti qar uçqunu altında qalan “zərərçəkmişlərin” xilasetmə avadanlıqlarından istifadə olunmaqla axtarışını aparıb və onların “xilası edilərək ilkin yardımın göstərilməsi” üzrə praktiki tapşırıqları yerinə yetiriblər.
Eyni zamanda, hadisə yerində ərazinin vizual kəşfiyyatı aparılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qarın sıxlığı, həcmi yoxlanılıb və şərti xilasetmə əməliyyatlarının aparılması üçün idarəetmə təşkil olunub. Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası ilə yol qardan təmizlənib. Aparılan əməliyyatlarla bağlı sözügedən qurumlar arasında fasiləsiz məlumat mübadiləsi həyata keçirilib.
Təlimə ümumilikdə 160 nəfərdən ibarət şəxsi heyət və 26 ədəd texnika cəlb olunub.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimdən sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirdə iştirak edən qurumların əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.
-
Magazin112:28ATV-dən şok qərar - Zaurun da verilişi bağlandı
-
Magazin111:42Tolik qərarını verdi: "Bu gün sizinlə vidalaşıram" - VİDEO
-
Nida Xəbər 10:54Toğrul Turabova yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:24Ramiz Zeynalov işdən getmək üçün raport yazdı - Səbəb
-
İdman10:14Dünyanın ən cazibədar qadın idmançısı yeni obrazı ilə hər kəsi heyran etdi - Fotolar
-
Sosial09:50Pensiyaçılar üçün mühüm yenilik: 3 illik...
-
Region09:34Paşinyandan ayrılan Akopyanın vida paylaşımı: Məni təhqir etməyin - VİDEO
-
Sosial09:22Ombudsmandan hərbçiləri sevindirəcək təklif

























.jpg)







.webp)
















.jpg)



