Sosial
Krımda I Türkoloji Qurultayın 100 illiyi qeyd edildi - FOTO
Krımda nəşr olunan Nenkecan jurnalının yeni sayı I Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.
Jurnalın redaktoru və baş yazarı Zera xanım Bəkirova I Türkoloji Qurultayda Krım tatar xalqını təmsil edən 8 şəxsiyyət – Bəkir Çobanzadə, Mahmud Nedim, Həsən Səbri Ayvazov, Həbibulla Odabaşı, İsmayıl Lemanov, Osman Akçokraklı, Şövqü Bektore, Yakub Kamal haqqında ətraflı məlumat təqdim edib.
Nəşrdə, həmçinin 1926-cı il fevralın 26-da Bakıda "İsmailiyyə sarayı"nda başlayan I Türkoloji Bakı Qurultayının tarixi, əhəmiyyəti və iştirakçıları barədə geniş məlumat yer alıb.
Fevralın 26-da "Nenkecan" qadın jurnalının təşəbbüsü ilə Krımın Ağməscid şəhərində qurultayın 100-cü ildönümü münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbirdə 1937–38-ci illərdə repressiyaya məruz qalan qurultay nümayəndələrinin xatirəsi ehtiramla yad edilib.
Yığıncaqda jurnalın baş redaktoru Zera Bəkirova, filologiya elmləri namizədi, Krım Mühəndislik və Pedaqoji Universitetinin dosenti Lenura Koroğlu, İstanbul Universitetinin doktorantı Gülnar Seitvaniyeva və ədəbiyyatşünas alim Cəmilə Süleymanova çıxış ediblər. Çıxışlarda I Qurultayın türk dünyasında buraxdığı izlərdən, ana dilinin qorunması uğrunda aparılan mübarizələrdən, ortaq türk əlifbasına keçidin əhəmiyyətindən, Azərbaycanda qurultaya hazırlıq prosesindən, əlifba islahatından və türk dünyasının birliyindən bəhs olunub.
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı




















.png)













