Sosial
"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olub
Sərfəli xidmətləri ilə tanınan “Nar” 2025-ci ildə də Müştəri Loyallığı İndeksi (NPS – Net Promoter Score) üzrə mobil operatorlar arasında lider mövqeyini qoruyaraq bu göstəricidə ardıcıl 7-ci dəfə birinci olub. Müstəqil beynəlxalq tədqiqat şirkəti tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar” Azərbaycanda ən yaxşı mobil internet xidmətləri göstərən və ən sərfəli qiymətlər təklif edən operator kimi seçilib.
Müştəri Loyallığı İndeksi üzrə araşdırma 2025-ci ilin dekabr ayında keçirilib və 30 gün davam edib. Sorğuda ölkə üzrə ümumilikdə 1500 mobil operator istifadəçisi olan şəxslər iştirak edib. Tədqiqat qaydalarına uyğun olaraq, sorğu müxtəlif demoqrafik qrupları və peşə sahələrini əhatə edib.
Əlavə olaraq, mobil internet keyfiyyəti, zəng və mobil internet qiymətləri və etibarlılıq kimi göstəricilər üzrə də qiymətləndirmə aparılıb. Araşdırmanın qərəzsizliyini təmin etmək məqsədilə, sorğular mobil operator tərəfindən deyil, müstəqil sorğu şirkəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, mütəmadi olaraq müştəri tələbini araşdıran “Nar” məhsul və xidmətlərini daha sərfəli şərtlərlə abunəçilərinə təqdim edir. Ardıcıl 7 il bazarda müştəri rəğbətini yüksək həddə saxlayan mobil operator xidmət keyfiyyətinin davamlı təkmilləşdirir və abunəçilərinin ehtiyaclarına uyğun yeni məhsul və xidmətlər təkliflər edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı




















.png)













