Sosial
Balakənin kəndlərində subasma halları aradan qaldırılır
Balakən rayonu ərazisinə ötən gün yağan intensiv yağışlardan sonra Qabaqçöl qəsəbəsində, bir neçə kənddə həyətlərə, təsərrüfatlara su dolub, sakinlərə ziyan vurulub.
Publika.az xəbər verir ki, bu brədə Balakən rayon Fövqəladə Hallar Komissiyasının üzvü Hacı Muradovun AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
O bildirib ki, təbii fəlakət hadisəsi ilə bağlı yaradılan qərargahın üzvləri artıq ikinci gündür kəndlərdə küçə və yolların, həyətlərin sudan təmizlənməsi istiqamətində işləri davam etdirirlər.
Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev subasmadan sonra kəndlərə baş çəkib, həyata keçirilən işlərlə tanış olub, işlərin sürətləndirilməsi üçün əlavə qüvvə və texnikanın cəlb olunması məqsədilə rayonun digər strukturlarına tapşırıqlar verib.
Ötən gün intensiv yağışlardan sonra həyətini su basan sakinlərdən biri də Gərəkli kəndində şəhid atası Cavid Muradov olub. Fövqəladə Hallar Komissiyasının üzvləri dərhal əraziyə baxış keçirib, həyətdən suyun kənarlaşdırılması üçün əlavə arx və kanal çəkərək qısa müddətdə problemi aradan qaldırıblar.
Hacı Muradovun sözlərinə görə, həyata keçirilən işlər nəticəsində əksər kəndlərdə küçə və yollardan sular təmizlənərək arxlara yönləndirilib. Həyətlərin də sularının çəkilməsi istiqamətində işlər davam etdirilir.
Komissiyadan o da bildirilib ki, təbii fəlakətin aradan qaldırıldığı yaşayış məntəqələrində əhalinin enerji təminatında problem yaranmayıb.
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO
-
Kriminal14 Aprel 19:12Vüsal Şilderin qətlinin sifarişçisinin FOTOSU YAYILDI
-
Sosial14 Aprel 18:36Övladları birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ



































