Sosial
“3 milyard baxışım var” – Şuşa Forumunun iştirakçısından tənqidlərə cavab
IV Şuşa Qlobal Media Forumuna blogerlərin dəvət olunması sosial şəbəkələrdə müzakirə mövzusu olaraq qalır.
Publika.az xəbər verir ki, forum iştirakçılarından olan bloger Kamran Rəzimov ünvanına səslənən tənqidlərə videomüraciətlə cavab verib.
O bildirib ki, artıq üç ildir CBC kanalında çalışır və fəaliyyətini yalnız blogerliklə məhdudlaşdırmaq düzgün deyil.
Kamran Rəzimov, həmçinin sosial şəbəkələrdəki fəaliyyətinə diqqət çəkərək, səhifələrinin ümumilikdə 3 milyard baxış topladığını bildirib.
“Elə bir adam göstərin ki, səhifələrində 3 milyard baxış olsun və ölkəsini layiqincə təmsil etməsin”, – deyə o vurğulayıb.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda jurnalistlərlə yanaşı, bir sıra bloger və rəqəmsal kontent istehsalçıları da iştirak edib. Məhz bu məsələ son günlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı



































.jpg)
