Sosial
Bakıda tikinti şirkətinin ağlasığmaz fırıldağı: 10 mərtəbəli binanın... - VİDEO
Mənzil almaq istəyən Bakı sakini Mehriban Həsənova illərdir həllini tapa bilməyən problemlə üzləşib.
Publika.az xəbər verir ki, o, 4 il əvvəl akademik Həsən Əliyev prospektində almaq üçün 80 min manat ödədiyi mənzilin sonradan ümumiyyətlə mövcud olmadığını öyrənib.
Mehriban Həsənova mənzil üçün ödəniş edib və müqavilə imzalayıb. Ancaq sonradan aldığı mənzillə bağlı ciddi uyğunsuzluqlar ortaya çıxıb. İddiasına görə, ona binanın 11-ci mərtəbəsindən mənzil satılıb. Halbuki, layihəyə əsasən, bina cəmi 10 mərtəbədən ibarət olub. İndi isə Mehriban Həsənova nə pulunu ala, nə də olmayan mənzilinə köçə bilir.
Zərərçəkənin sözlərinə görə, məsələni araşdırarkən məlum olub ki, binanın tikintisini hələ 2020-ci ildə aidiyyəti qurumlar dayandırıb və növbəti mərtəbələrin inşasına icazə verilməyib. Buna baxmayaraq, MTK rəhbərliyi ona inşa olunmamış mərtəbədən mənzil satıb.
Məsələnin üzərindən dörd il keçsə də, Mehriban Həsənova nə mənzilini ala, nə də ödədiyi vəsaiti geri qaytara bilir.
Məsələ ilə bağlı adıçəkilən - "MM Park" MMC ilə əlaqə saxlanılıb. Şirkətdən tərəflər arasında məhkəmə prosesi yekunlaşana qədər heç bir açıqlama verməyəcəklərini bildiriblər.(“Yeni Sabah”)
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı



































.jpg)
