Sosial
“İmkanlar hər kəs üçün” layihəsinə start verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “İmkanlar hər kəs üçün” sosial əhəmiyyətli layihəyə başlanıb.
Layihə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) öncəsi BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunub.
“İmkanlar hər kəs üçün” layihəsinə başlanması ilə əlaqədar Mərkəzdə keçirilən tədbirdə layihənin tərəfdaşları olan dövlət və özəl müəssisələr, beynəlxalq təşkilatların nümayəndələri, proqrama cəlb edilmiş əlilliyi olan şəxslər, könüllü və təcrübəçi gənclər iştirak ediblər.
Tədbirin iştirakçıları əvvəlcə təlimçi və benefisiarların əl işlərindən ibarət ekspozisiya ilə tanış olub, Mərkəzin təlim studiyalarında yaradıcılıq prosesini izləyiblər.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplardan olan şəxslərin bacarıqlarının təkmilləşdirilməsi və sosial adaptasiyası istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Mərkəzin direktor müavini Mətanət Məmmədova müəssisənin fəaliyyət istiqamətləri, burada təlimlərə cəlb olunmuş həssas qrupların yaradıcı potensialının inkişafı üçün aparılan işlər barədə məlumat verib.
BMT Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının şəhərlərin daha inklüziv və hər kəs üçün əlçatan inkişafı mövzusunu qlobal gündəliyin əsas istiqamətlərindən biri kimi önə çıxardığını diqqətə çatdırıb.
“İmkanlar hər kəs üçün’’ layihəsinin əlilliyi olan şəxslərin korporativ iş mühitində real təcrübə qazanması, onların əmək bazarına daha fəal inteqrasiyası, inklüziv iş mühitlərinin təşviqi baxımından önəmi vurğulanıb.
Mərkəzdə yaradılmış bərabər imkanlar və sosial dəstək mexanizmləri haqqında da məlumat verilib. Bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın gələcək perspektivlərinə toxunulub.
Qeyd olunub ki, martın 10-dan etibarən Mərkəzin əlilliyi olan 30 nəfərədək 15-29 yaş arası benefisiarının dövlət qurumları, beynəlxalq və özəl təşkilatlara 3 günlük qısa təcrübə proqramı təşkil ediləcək. Proqram vasitəsilə gənclərə real iş mühiti ilə tanışlıq və mövcud potensiallarını nümayiş etdirmək imkanı yaradılacaq.
Layihənin bağlanış mərasiminin WUF13-ün Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulur.
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA

















.jpg)

















