İsrail İrana yeni hücumlara hazırlaşır
Bizi izləyin

Dünya

İsrail İrana yeni hücumlara hazırlaşır

İsrail İrana yeni hücumlara hazırlaşır

İsrail ordusuna İrana qarşı müstəqil yeni hücumlara hazırlıq görülməsi barədə göstəriş verilib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz açıqlama verib.

“Baş nazir Benyamin Netanyahu ilə birlikdə verilən göstərişə əsasən, İsrail ordusu mümkün əməliyyatlara hazırlığını davam etdirir”, - deyə o bildirib.

Katz Livanın cənubunda hərbi əməliyyatların davam etdiyini də vurğulayıb. O bildirib ki, sərhəd boyunca yerləşən 24 kənd dağıdılıb və bölgədə mülki əhali qalmayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm