Sosial
Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində nə deyib?
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını, onu yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun tanışı kimi bildiyini deyib. Şahid, həmçinin heç bir polis bölməsində və ya müstəntiqin yanında ifadə vermədiyini bildirib. İbtidai istintaq dövründə guya onun adından verilmiş ifadə məhkəmədə elan edildikdən sonra şahid buna təəccübünü gizlədə bilməyib:
"Mənim ümumiyyətlə bu ifadədən xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç bir sənədə imza atmamışam".
İstintaq materiallarındakı imzalara baxarkən şahid onların öz imzasına oxşadığını etiraf etsə də, həmin sənədlərdən və ifadələrdən xəbərsiz olduğunu vurğulayıb.
Şahidin ifadəsindən məlum olub ki, o, tanınmış meyxanaçı Elşən Xəzərin qızıdır və şəhid, qazi ailələrinə yardım göstərməklə məşğuldur. Zərərçəkən Xalid Kərimovu da bu yardımlar çərçivəsində tanıdığını, onunla başqa bir əlaqəsinin olmadığını bildirib:
"Mən onun şəxsi həyatı ilə maraqlanmamışam və buna cəhd də etməmişəm, eləcə də Aybəniz xanımın. Adımdan yazılan ifadələrə təəccüb edirəm, bu necə ola bilər? Mən heç vaxt elə şərait yaratmamışam ki, kimsə şəxsi həyatıma müdaxilə etsin və məni şantaj etsin".
Qeyd edək ki, şahidin adından tərtib olunan ifadədə guya Aybəniz Xəlilovanın Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj etdiyi və əlindəki fotoları sosial şəbəkələrdə yayacağı ilə hədələdiyi iddia edilib.
Vaxt məhdudiyyəti səbəbindən məsələyə tam aydınlıq gətirilməyib və müzakirə növbəti prosesə saxlanılıb. Məhkəmə iclası mayın 5-nə təyin edilib.
Xatırladaq ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Hüquq-mühafizə orqanları tərəfindən tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində Aybəniz Xəlilovanın ondan hissə-hissə olmaqla 836 min manat pul tələb etdiyini göstərib.
-
Sosial19:36Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində nə deyib?
-
Nida Xəbər 18:40Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
-
Region16:39Türkiyə İsrail prezidentinin Astanaya uçmasına icazə vermədi: Bu yolla getdi
-
Nida Təhlil 15:45Ermənistan elitası "dəmir yumruq"dan sonra belə dəyişib - Sabiq naziri heyrətləndirən məqam
-
Sağlamlıq14:50Kim yüz il yaşamaq istəyirsə... - Bundan hər gün yarım fincan yesin
-
ABŞ14:12Melaniya ilə bağlı zarafat Tramp ailəsini qəzəbləndirdi - O, dərhal qovulmalıdır!
-
İdman14:04Dünya çempionunun xanımı azərbaycanlı dizaynerin tədbirində hər kəsi heyran etdi - FOTOLAR
-
Rəsmi xronika14:00İlham Əliyev daha bir sərəncam imzaladı
































.png)




