FHN Ağdamda qaz təhlükəsizliyinə dair tədbir keçirdi - VİDEO
Bizi izləyin

Sosial

FHN Ağdamda qaz təhlükəsizliyinə dair tədbir keçirdi - VİDEO

FHN Ağdamda qaz təhlükəsizliyinə dair tədbir keçirdi - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, “Azəriqaz” İstehsalat Birliyi və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə qaz təchizatı sistemlərində təhlükəsizlik və texniki etibarlılıq mövzularına həsr olunmuş “Enerji təhlükəsizliyi görüşü: qaz təchizatında texniki etibarlılıq” adlı tədbir keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd enerji sektorunda təhlükəsizliyin sistemli şəkildə gücləndirilməsi, qaz təchizatı infrastrukturunda texniki etibarlılığın artırılması, potensial risklərin kompleks idarə edilməsi və sahə üzrə peşəkar dialoq mühitinin formalaşdırılmasından ibarət olub.

Tədbirdə qaz şəbəkələrində təhlükəsizlik riskləri, texniki istismar və preventiv xidmət tədbirləri, SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) prinsiplərinin sənaye fəaliyyətinə inteqrasiyası, habelə dövlət qurumları ilə özəl sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsi kimi aktual mövzular ekspertlər tərəfindən praktiki təcrübələr və real nümunələr əsasında dəyərləndirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbərləri və sahə üzrə mütəxəssislər də daxil olmaqla 50-yə yaxın iştirakçı yer alıb.

İştirakçılar tərəfindən bölgədə formalaşan yeni sənaye mühitində təhlükəsizlik mədəniyyətinin erkən mərhələdən tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm