Sosial
AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir.
Publika.az Trend-ə istinadən xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının formalaşdırılmasına üstünlük verilir.
Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən ciddi şəkildə fərqlənir.
Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi, məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf etdiriləcək.
"Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda vurğulanıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi










.jpg)


























