Dünya
İranı kürd hücumundan Türkiyə xilas edib - Dünya bundan yazır
ABŞ prezidenti Donald Trampın “kürdlər məni məyus etdi” açıqlaması beynəlxalq mediada gündəm olub. ABŞ və İsrail mətbuatı isə Trampın İrandakı kürd qruplarından istifadə planını Türkiyənin təzyiqləri səbəbindən dayandırdığını yazıb.
Publika.az xəbər verir ki, “Jerusalem Post”un məlumatına görə, ABŞ müdafiə rəsmiləri əvvəldən plana qarşı çıxıb, Türkiyənin mövqeyi də Trampın qərarında mühüm rol oynayıb.
ABŞ lideri isə kürdlərə silah göndərildiyini desə də, İran kürd qrupları bu iddiaları təkzib edib.
Silahlara nə oldu?
"The Arab News" qəzetinə görə, Trampın qeyd etdiyi silahların taleyi sual altına alınıb. Xəbərdə silahların əvvəlcə Şimali İraqa göndərildiyi, daha sonra İran kürdlərinə çatdırılmasının planlaşdırıldığı iddia olunub. Xəbərə görə, İran kürd müxalifət qrupları Trampın açıqlamalarının İrana onlara qarşı əlavə hücumlar üçün bəhanə verdiyini iddia edib. Ekspertlər isə “itkin silahlar” məsələsinin informasiya müharibəsinin bir hissəsi ola biləcəyini bildirirlər.
İranda casus ovu
Bu arada, İran ölkədə "İsraillə əlaqəli" silah qaçaqmalçılarına qarşı keçirilən əməliyyatda 20 nəfərin saxlanıldığını və çox sayda silah, partlayıcı maddə və sursatın müsadirə edildiyini açıqlayıb.
Əməliyyatın yeni adı: "Hammer"
"NBC News"-un məlumatına görə, İranla mövcud atəşkəsin pozulacağı və Trampın genişmiqyaslı hücum əmri verəcəyi təqdirdə əməliyyatın adı müəyyən edilib. Bildirilib ki, bu halda yeni əməliyyat “Hammer” adlandırılacaq.
İran uranı ABŞ-a təhvil verəcək
ABŞ prezidenti Donald Tramp İranın son sülh təklifini "tamamilə qəbuledilməz" adlandırdıqdan sonra atəşkəs yenidən təzyiq altında qalıb. Tramp həmçinin İranın zənginləşdirilmiş uranı ABŞ-a təhvil verəcəyini iddia edib və “ya razılaşma olacaq, ya da İran məhv ediləcək” deyə bildirib. Tehran isə sərt cavab verərək, hücum olacağı təqdirdə uranı 90 faizə qədər zənginləşdirə biləcəklərini açıqlayıb.
Pentaqonun məlumatına görə, ABŞ-İsrail-İran qarşıdurmasının ABŞ-a dəyəri artıq 29 milyard dollara çatıb.
Müəllif: Roza
-
Nida Xəbər 08:48Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün təməl qoydu - XİN
-
İdman06:46Fyuri dünyanın ən güclü adamanı məğlub etdi - VİDEO
-
Magazin106:16Flora Kərimova ilə arxiv fotosunu paylaşdı
-
Magazin104:44Orxandan Aydınla bağlı ETİRAF: “Kaş meyxana deməzdik” - VİDEO
-
Enerji03:13“Brent” markalı neft kəskin ucuzlaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Subaylar üçün maraqlı bir tanışlıq baş tuta bilər
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR































