Sosial
"Azərişıq" Sumqayıtda yeni yarımstansiyalar tikir - FOTO
Sumqayıtda enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb.
Şəhər rəhbərliyinin tapşırığına uyğun olaraq Azərişıq ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən həyata keçirilən layihələr çərçivəsində şəhərin müxtəlif ərazilərində elektrik enerjisinin dayanıqlığının artırılması məqsədilə yeni yarımstansiyaların və transformator, eləcə də paylayıcı məntəqələrin tikintisi aparılır.
Hazırda Sumqayıt şəhərinin 2-ci, 9-cu, 10-cu, 11-ci və 13-cü mikrorayonları, həmçinin 48-ci məhəllə ərazilərində ümumilikdə 13 yeni transformator və paylayıcı məntəqənin inşası davam etdirilir. Sumqayıtda enerji infrastrukturunun yenilənməsinə başlanılıb.
Layihə çərçivəsində əlavə olaraq daha 7 məntəqənin tikintisi də planlaşdırılır ki, bu da ümumi enerji şəbəkəsinin əhatə dairəsini daha da genişləndirəcək. Yeni qurğuların quraşdırılması mövcud şəbəkədə yüklənmənin azaldılmasına, elektrik enerjisinin daha stabil və itkisiz ötürülməsinə şərait yaradacaq.
Eyni zamanda, bu addımlar qəza hallarının sayının minimuma endirilməsinə və nasazlıqların daha operativ aradan qaldırılmasına imkan verəcək. Bildirilib ki, həyata keçirilən yenidənqurma və tikinti işləri nəticəsində xüsusilə yay və qış aylarında müşahidə olunan yüksək yüklənmə dövrlərində enerji təchizatında fasilələrin qarşısı alınacaq, abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı daha etibarlı şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, görülən işlər şəhərin sürətli inkişafı, yeni yaşayış massivlərinin salınması və əhali sayının artması fonunda enerji tələbatının qarşılanmasına yönəlib. Layihələrin mərhələli şəkildə icrası yaxın vaxtlarda Sumqayıtın bütün ərazilərində enerji təminatının daha dayanıqlı və təhlükəsiz olmasına töhfə verəcək.
-
Cinayət dünyası12:15Azərbaycanda süni intellektlə törədilən təxribat - 20 il həbs cəzası nəzərdə tutulur
-
Sosial11:05Qəbrinə yazılmış söz aranı qatdı - Nəhayət, gerçək bilindi
-
Dünya10:24Evdən işləyin, avtomobil sürməyin və... - Baş nazir xalqa müraciət etdi
-
Avropa09:27Almanların 50 faizi şəxsi avtomobildən imtina etdi - Səbəb nədir?
-
Maraq dünyası07:35Azərbaycanın ən uzunboylu oğlanı niyə məşhur olmağın daşını atdı?
-
Sosial07:15Burada uşaqlar məktəbə getmək üçün Kürü qayıqla keçməli olurlar - Video
-
Region05:45Bu da Türkiyənin "Kuzgun"u - Foto
-
İdman03:18Hemilton karyerasını başa vurur? - Şok iddia







.jpg)




























