Sosial
ADY Xırdalan şagirdlərinə təhlükəsiz hərəkət mövzusunda təlim keçdi
“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu ətrafında yerləşən məktəblərdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Qurumdan Publika.az-a bildirilib ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, eləcə də Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə keçirilən növbəti görüş Xırdalan şəhər 3 saylı məktəb-liseydə baş tutub.
120-dən çox şagird və müəllimin qatıldığı tədbirdə uşaqlara dəmir yolu xətləri ətrafında təhlükəsiz davranış qaydaları sadə və anlaşılan dildə izah olunub. Qatarların yüksək sürəti, məsafə və reaksiya vaxtı kimi vacib məqamlar xüsusi vurğulanıb, real risklər üzərindən nümunələr təqdim edilib.
Görüşdə qatarların hərəkətinə risk yaradan hallara xüsusi diqqət ayrılıb. Qatarlara daş atılması, dəmir yolu üzərinə kənar əşyaların qoyulması kimi davranışların həm sərnişinlər, həm də bu hərəkətləri edən şəxslər üçün ciddi təhlükə yaratdığı konkret nümunələrlə izah olunub, mövzu üzrə videoçarxlar nümayiş etdirilib.
Eyni zamanda vurğulanıb ki, şagirdlərin hər biri bu gün öyrəndikləri təhlükəsizlik mesajlarının yayılmasında aktiv rol oynayan kiçik səfirlər ola bilərlər.
İnteraktiv formatda keçən görüşdə məktəblilərin sualları cavablandırılıb. Bildirilib ki, ADY piyadaların və nəqliyyat vasitələrinin təhlükəsizliyini artırmaq məqsədilə müasir yolötürücülərin, yerüstü və yeraltı keçidlərin inşasını davam etdirir, əraziləri müasir xəbərdaredici siqnalizasiya sistemləri ilə təchiz edir.
ADY üçün təhlükəsizlik əsas dəyərlərdən və prioritet məsələlərdəndir. Bu istiqamətdə həm əyani təlimlər, həm də sosial media vasitəsilə maarifləndirmə tədbirləri davamlı şəkildə həyata keçirilir. Məqsəd dəmir yolu ətrafında yaşayan və gündəlik olaraq bu infrastrukturdan istifadə edən hər kəs üçün daha təhlükəsiz mühit formalaşdırmaqdır.
-
Dünya07:35"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...





















.png)
















.jpg)


