Sosial
“Araz” supermarketlər şəbəkəsindən “Bir kitab, min dünya” təşəbbüsü
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illik yubileyinə həsr olunmuş, 23 aprel – Dünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə “Bir kitab, min dünya” layihəsi çərçivəsində silsilə maarifləndirici və mədəni tədbirlər təşkil olunub.
Publika.az xəbər verir ki, layihənin əsas məqsədi oxu mədəniyyətinin təşviqi, əməkdaşlar arasında mütaliə vərdişlərinin gücləndirilməsi, asudə vaxtının daha səmərəli təşkili və ədəbiyyata marağın artırılmasıdır.
Tədbirlər sırasında Xalq yazıçısı Çingiz Abdullayev ilə görüş və imza günü xüsusi yer tutub. Baş ofisdə təşkil olunan görüşdə tanınmış yazıçı şirkətin rəhbər heyəti və əməkdaşlarla bir araya gələrək ədəbiyyat, yaradıcılıq prosesi və müasir oxu vərdişləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüş zamanı iştirakçıların sualları yazıçı tərəfindən ətraflı cavablandırılıb, sonda isə müəllifin kitablarının imzalanması mərasimi keçirilib.
Bununla yanaşı, baş ofisdə “Bir kitab, min dünya” adlı kitab sərgi-satışı da təşkil olunub. Sərgidə əməkdaşlara şəxsi inkişaf və biznes mövzulu nəşrlər, bestsellerlər, klassik və müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatı nümunələri təqdim edilib.
Eyni zamanda şirkət daxilində “Kitabsevərlər” adlı kitab klubu yaradılıb. Klubun məqsədi kitab oxumağı sevən əməkdaşları bir araya gətirmək, müxtəlif əsərlər ətrafında müzakirələr aparmaq və bilik mübadiləsini təşviq etməkdir. Klub çərçivəsində master-klasslar, müxtəlif janrlarda kitabların birgə oxunması, müzakirə görüşləri, tövsiyə və fikir mübadiləsi sessiyaları təşkil olunacaq.
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)














.jpg)














