Sosial
İranın yüksək vəzifəli şəxslərindən VAHİD BƏYANAT - “Hamımız inqilabçıyıq”
İran rəhbərliyi ölkə daxilində parçalanma barədə yayılan xəbərlər fonunda xalq və hökumətin birliyini nümayiş etdirən ortaq bəyanatla çıxış edib.
Publika.az xəbər verir ki, Prezident Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçının "X" sosial şəbəkəsindəki səhifələrində eyni məzmunlu paylaşımlar edilib.
Bəyanatda vurğulanıb ki, İranda "radikallar" və ya "mötədillər" yoxdur, hər kəs "iranlı və inqilabçıdır". Rəhbərlər qeyd ediblər ki, məhz bu birlik sayəsində "təcavüzkarı etdiyi əməllərə görə peşman edəcəklər". XİN rəhbəri Əraqçı isə dövlət institutlarının vahid cəbhədə birləşdiyini əlavə edib.
Bu bəyanatlar parlament sədri Qalibafın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müdaxiləsindən sonra istefa verməsi və danışıqlar qrupundan ayrılması barədə iddiaların yayılmasından dərhal sonraya təsadüf edir. Qeyd olunub ki, Qalibaf və Əraqçı ABŞ ilə dialoqun davam etdirilməsinin tərəfdarı idilər. İran tərəfi istefa xəbərlərini rəsmən şərh etməsə də, bu kütləvi paylaşımlar daxili sabitlik mesajı kimi qiymətləndirilir.
Hüseyn İbadlı
-
Avropa15:37Gürcülərin rus ədəbiyyatı oğurluğu - Parisdə məhkəmə başlayır
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!


































