Sosial
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.
Publika.az xəbər verir ki, festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək.
Saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Festivalın açılışı 28 aprel tarixində Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutacaq. Daha sonra tədbirlər 29 aprel tarixində Sumqayıt şəhərinin Nəsimi parkındakı Göyərçin abidəsinin yanında, 30 aprel tarixində Quba şəhərinin Nizami parkında, 2 may tarixində Lənkəran şəhərinin Qala Xiyabanı parkında, 4 may tarixində Qəbələ şəhərinin Heydər Əliyev parkında, 5 may tarixində Şəki şəhərinin Bəxtiyar Vahabzadə parkında, 6 may tarixində Mingəçevir şəhərinin Heydər Əliyev Meydanında, 8 may tarixində Gəncə şəhərinin Heydər Əliyev adına meydanında keçiriləcək və 10 may tarixində Xankəndi şəhərinin Zəfər meydanında yekunlaşacaq.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.
-
Dünya16:03Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır
-
Rəsmi xronika15:52Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi
-
İqtisadi gündəm14:16Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
-
Elm və təhsil13:00Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
-
Dünya12:28Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir
-
İdman11:42"Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya
-
Sosial11:31May ayının istirahət günləri açıqlandı
-
ABŞ09:24Tramp atəşə tutulub, qonaqlar da şərab oğurlayıblar














.webp)


















.png)




