İdman
"Real"ın ulduzu DÇ-2026-nı buraxacaq
“Real”ın və Braziliya millisinin müdafiəçisi Eder Militao 2026-cı il dünya çempionatını buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Militao bu gün Finlandiyada əməliyyat olunacaq. Braziliyalı futbolçu yalnız oktyabr ayında meydana qayıdacaq.
Bu, onun cari mövsümdə artıq dördüncü zədəsidir. 2025/2026 mövsümündə o, müxtəlif sağlamlıq problemləri səbəbindən 27 oyunu buraxıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında Braziliya millisi Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq.
Heybət
-
Sağlamlıq13:35Həkimdən gecələr telefona baxanlara xəbərdarlıq
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi






































