Sosial
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
Azərbaycanda dövlət satınalmaları üzrə müqavilələrdə dəyişiklik imkanları məhdudlaşdırılmalıdır.
Publika.az xəbər verir ki, bu təkliflə Hesablama Palatası 2025-ci ildəki fəaliyyətinə dair hesabatda çıxış edib.
Qurum hesab edir ki, mövcud qanunvericiliyə əsasən satınalma müqaviləsi qüvvəyə mindikdən sonra onun şərtlərinin dəyişdirilməsi əsasən məhdudlaşdırılsa da, bəzi hallarda bu müddəalardan sui-istifadə edilir.
Bildirilib ki, xüsusilə müqavilənin icra müddəti və məbləği ilə bağlı dəyişikliklər satınalan təşkilatlarla təchizatçılar arasında əvvəlcədən razılaşdırılmış şəkildə digər iştirakçılar üçün məhdudiyyətlərin yaranmasına və qiymət üstünlüyünün əldə olunmasına səbəb ola bilər.
Hesabata görə, təkliflərin qiymətləndirilməsində əsas meyarlardan biri olan icra müddətinin sonradan dəyişdirilməsi satınalmaların şəffaflığına və rəqabət mühitinə mənfi təsir göstərir.
Bundan əlavə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi hallarında tətbiq olunmalı cərimələrin qanunvericilikdə dəqiq tənzimlənməməsi tərəflərin öhdəliklərə qeyri-ciddi yanaşmasına və satınalmaların effektivliyinin azalmasına gətirib çıxarır.
Hesablama Palatası bu səbəbdən satınalma müqavilələrində dəyişiklik imkanlarını nəzərdə tutan müddəaların sərtləşdirilməsini, müqavilə müddətinə dəyişikliklərin hansı hallarda mümkün olmasının dəqiq müəyyənləşdirilməsini və cərimə mexanizmlərinin qanunvericilikdə aydın şəkildə təsbit olunmasını təklif edir. (Report)
-
Ekologiya03:44Bu gecə “qovuşurlar” - Azərbaycandan da görünəcək
-
Hadisə01:40Şadlıq sarayının qarşısında kütləvi dava: saxlanılanlar var - Video/Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Maddi məsələlər ön planda olacaq
-
Qarabağ 8 İyun 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya8 İyun 19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial8 İyun 19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya8 İyun 18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika8 İyun 17:23İlham Əliyev sərəncam imzaladı
































