Sosial
Mənzilinizi qarətdən qorumağın yolu: Oğrular üçün "əsas siqnal" budur
Mənzil oğruları qurbanlarını hansı əlamətlərə görə seçirlər? Rusiyanın hüquq-mühafizə orqanlarının rəsmisi İqor Kirsanov evləri qarətdən qorumağın yollarını açıqlayıb.
Publika.az xəbər verir ki, mütəxəssis xüsusilə tətilə gedən şəxslərə bir neçə mühüm tövsiyə verib.
Onun sözlərinə görə, qapının ağzına yığılıb qalan reklam bukletləri cinayətkarlar üçün "əsas siqnal" rolunu oynayır.
Bu, ev sahiblərinin uzun müddətdir mənzildə olmadığından xəbər verir. Odur ki, evdən uzaqlaşarkən yaxınlarınızdan mütəmadi olaraq qapıdakı reklam kağızlarını yığışdırmağı xahiş edin. Bu, evdə kiminsə olduğu təəssüratını yaradacaq.
Daha bir təhlükə isə sosial şəbəkələrdir. Kirsanov bildirib ki, planlaşdırılan tətil barədə məlumatları paylaşmaq bədxahların işinə yaraya bilər. Əgər evdən kənarda olduğunuzu artıq bölüşmüsünüzsə, ən azından geolokasiya funksiyasını söndürün.
Ən əsas qayda isə budur: Tətildə çəkilən foto və videoları anında paylaşmayın. Bunu evə qayıtdıqdan sonra etmək mənzilinizin təhlükəsizliyi üçün daha etibarlıdır.
Müəllif: Adəm
-
ABŞ21:00Hər şey istədiyimiz kimi olacaq! - Tramp
-
Ekologiya18:48"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib
-
Elm və təhsil18:24Ali məktəblər "Məzun günü"nü harada keçirəcək?
-
İdman18:00Görün sevgilisi Əl-Şaaravinin şəklini harasına döydürüb – FOTO
-
Region17:49Köçəryan Paşinyanı Saakaşvili ilə müqayisə etdi: 2007-ci ildə Batumidə ona dedim ki...
-
MDB17:10Moskva rəsmən açıqladı: İrəvana məktub göndərilib
-
ABŞ15:37Dünya bu xəbərdən danışır, qubernator hər şeyi açıqladı: ABŞ gələn həftə...
-
Maraq dünyası14:45Ayda şəhər tikilir, köçmə tarixi də bəllidir – Çox az qaldı







































