Ekologiya
"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edildi
Astronomlar Günəş aktivliyinin 2030-cu ilə qədər minimum səviyyəyə çatacağını proqnozlaşdırırlar.
Publika.az xəbər verir ki, bunu Tsiolkovski Dövlət Müasir İncəsənət Muzeyinin Fizika və Astronomiya şöbəsinin elmi işçisi Aleksandr Alekseyev TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Günəş aktivliyinin azalması tədricən baş verəcək və bu dövrdə ayrı-ayrı alovlanmalar müşahidə oluna bilər:
“Minimum aktivliyə 2030-cu ilə qədər çatılmalıdır. Aktivliyin azalması mərhələli şəkildə gedəcək və təcrid olunmuş partlayışlar mümkündür. Hazırda proqnozlar göstərir ki, 2026-cı ilin iyun ayının ortalarında Günəşin uzaq tərəfində yerləşən aktiv zonalar görünən hissəyə keçəcək və bu da alovlanma ehtimalını artıracaq”.
Mütəxəssis qeyd edib ki, Günəşin görünən tərəfində hazırda bir neçə aktiv günəş ləkəsi qrupu mövcuddur:
"Onların mayın sonunadək bir neçə alovlanma yaratması ehtimal edilsə də, xüsusilə güclü hadisələrin baş verməsi gözlənilmir".
Alekseyev həmçinin vurğulayıb ki, Yer səthinə çatan günəş radiasiyasının miqdarı ilin fəsillərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir:
"Bu fərq Yer səthinin Günəş şüalarına nisbətən meylliliyi və şüaların atmosferdən keçdiyi yolun uzunluğu ilə əlaqədardır. Yay aylarında Yerə daha çox günəş işığı çatır və atmosfer tərəfindən daha az zəiflədilir. Bu səbəbdən yayda günəş işığında ultrabənövşəyi şüalanmanın payı artır. Açıq havada istirahət planlaşdırarkən bu amili nəzərə almaq vacibdir”. (Teleqraf)
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi














.jpg)




















