Sosial
AP-nin Azərbaycanla bağlı qətnaməsi diplomatik rüsvayçılıqdır - Hikmət Hacıyev
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini diplomatik rüsvayçılıq adlandırmaq olar.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O, Avropa Parlamenti tərəfindən belə bir siyasətin yürüdülməsinin təəssüf doğurdunu deyib.
"Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycanın bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamentinin bu tip məsələlərə münasibət bildirməyinə mandatı da yoxdur".
Onun fikrincə bu Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl yaratmaqdır:
"Azərbaycanla Ermənistan arasında sülhün formalaşması istiqamətində iqtisadi addımların atıldığı bir dövrdə, Azərbaycanın baş nazirinin müavininin Ermənistana səfər etməsindən bir gün sonra belə bir qərarın olması ancaq diplomatik rüsvayçılıqdır".
H.Hacıyev deyib ki, onların bu addımlarını pozuculuq, provokasiya və regionu yenidən müharibəyə sürükləmək addımı kimi qiymətləndirmək olar.
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər











.jpg)
























