Sosial
FHN-də tədbir keçirildi - Foto
Mayın 1-də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Azərbaycanda tikinti sahəsində mövcud icazə prosedurları, tikinti obyektlərinin layihələndirilməsinin keyfiyyətinin artırılması, habelə bu sektorda çalışan sahibkarlarla aidiyyəti dövlət qurumları arasında birbaşa dialoq üçün əlavə çevik platformanın yaradılması məsələlərinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbir FHN-in dəstəyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə müvafiq dövlət orqanlarının və özəl sektorda çalışan şirkətlərin rəhbər şəxslərinin iştirakı ilə baş tutub.
Açıq fikir mübadiləsi çərçivəsində aparılan müzakirələr zamanı tikinti sahəsində mövcud aktual problemlər, təqdim olunan layihələrin keyfiyyət səviyyəsinin artırılması imkanları, mövcud qanunvericiliyin tələbləri və normativlər, Komitənin yaratdığı elektron icazə portalı (e-tikinti) üzərindən işin daha da təkmilləşdirilməsi, eləcə də tikinti obyektlərinin tikintisinə və istismarına icazə sənədlərinin alınması prosesində yaranan suallara aydınlıq gətirilib.
Görüşün nəticəsində iştirakçılar yarana biləcək məsələlərin çevik qaydada həll edilməsi üçün dövlət orqanları ilə sahibkarlar arasında əlaqələndirmə mexanizmi kimi bu formatda görüşlərin davamlı təşkil edilməsi barədə razılığa gəliblər.
-
Qarabağ 21:26Şuşada bunu etmək qadağan edilir
-
Ekologiya19:504 gün yağış yağacaq - Xəbərdarlıq
-
Sosial19:10Kimlərə güzəştli kreditlər veriləcək?
-
Dünya18:20İsrail Trampın xahişi ilə İrana hücumları dayandırdı
-
Rəsmi xronika17:23İlham Əliyev sərəncam imzaladı
-
Elm və təhsil16:28Keçid balları düşəcək?
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər











.jpg)
























