Sosial
FHN Akademiyasında növbəti praktiki-maarifləndirici tədbir keçirildi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə FHN Akademiyasının rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının direktoru Ramin Paşayev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisinin birinci müavini Fuad Mehbalıyev görüşün əhəmiyyətindən danışaraq bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verdiyini bildirib. O qeyd edib ki, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir və bu səpkili görüşlər kursantların xidmətə hazırlanmasında, peşəkar dünyagörüşünün və operativ qərarvermə bacarıqlarının formalaşmasında mühüm rol oynayır.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının direktoru Ramin Paşayev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Kombinat direktoru bildirib ki, “İzotop” xüsusi kombinatı radiasiya təhlükəsizliyinin təmin olunması, radioaktiv maddələrin təhlükəsiz idarə olunması, saxlanılması və daşınması, həmçinin bu sahədə nəzarət və monitorinq funksiyalarını həyata keçirir. Çıxışda qeyd olunub ki, müasir dövrdə radiasiya təhlükəsizliyinin təmin edilməsi fövqəladə halların qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə peşəkar kadrların hazırlanması xüsusi önəm daşıyır.
R.Paşayev, həmçinin fövqəladə hallar zamanı radiasiya risklərinin minimuma endirilməsi, operativ müdaxilə tədbirlərinin təşkili və əhalinin təhlükəsizliyinin qorunması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, eləcə də müasir texnologiyaların istifadəsi sözügedən istiqamətdə fəaliyyətin səmərəliliyini artırır.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO






.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

















.png)














