Sosial
"Azəriqaz” İB uşaqları sevindirdi
“Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial dəstək tədbiri keçirilib.
Omar Atçılıq Klubunda təşkil olunan tədbirə Birliyin əməkdaşlarının xüsusi qayğıya ehtiyacı olan övladları dəvət edilib.
Tədbirdə əvvəlcə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyəti barədə danışılıb.
Vurğulanıb ki, ölkəmizdə uşaqların sosial müdafiəsi, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi və cəmiyyətə inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən sosial layihələr və təşəbbüslər uşaqların daha xoşbəxt və təhlükəsiz gələcəyinin təmin olunmasına xidmət edir. Daha sonra uşaqlar və onları müşayiət edən valideynlər üçün bayram süfrəsi açılıb, rəngarəng əyləncə proqramı təşkil olunub. Müxtəlif oyunlar və peşəkar sehrbazın təqdim etdiyi maraqlı şou-proqram uşaqların böyük sevincinə səbəb olub.
“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov və Birliyin digər rəhbər şəxsləri də uşaqlarla birlikdə proqramı izləyərək onların sevincinə şərik olublar. Bayram tədbiri çərçivəsində uşaqlar və valideynlər Klubun ərazisini gəzərək istirahət edib, təbiətin gözəlliklərindən zövq alıblar. Səmimi və xoş atmosferdə keçən tədbir iştirakçılara yaddaqalan anlar bəxş edib. Tədbirin sonunda uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə “Azəriqaz” İB rəhbərliyinə və təşkilatçılara dərin minnətdarlıqlarını bildiriblər.
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub



































