Sosial
“Azərsun Holdinq” “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində - Fotolar
Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edilən ənənəvi qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak edir.
Sərgidə 3 fərqli istiqamət üzrə çıxış edən “Azərsun Holdinq” qida və qeyri-qida sahələri ilə yanaşı kənd təsərrüfatı istiqamətində də məhsullarını təqdim edir. Şirkətin müxtəlif müəssisələrində istehsal olunan onlarla məhsul “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsinə ixrac olunur.
Bununla bərabər, şirkətlər qrupuna məxsus AKKİK stendində ziyarətçilərə kağızın təkrar emalı nəticəsində istehsal edilən karton məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, sərginin ilk günündə ölkə başçısı cənab İlham Əliyev “Azərsun Holdinq”in kənd təsərrüfatı stendini ziyarət edib. Onu şirkətin Müşahidə Şurasının sədri Tahir Gözel qarşılayaraq son bir il ərzində görülən işlər barədə məlumat verib.



-
Region14:00Dələduzluq, qanunsuz mərc oyunları ilə bağlı əməliyyat - 409 nəfər saxlanıldı
-
Hadisə13:52Ağdərədə turistləri daşıyan mikroavtobus qəzaya düşdü
-
İqtisadi gündəm13:03Yayda balıq bazarında qiymətlər necədir? - VİDEO
-
MDB12:55Medvedev: "Qərbin Ermənistandakı seçkilərə müdaxiləsi görünməmiş həddə çatdı"
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:07Şamaxıda torpaq sürüşməsi yolları yararsız hala saldı - VİDEO
-
ABŞ10:58Bu baş versə, İran İslam Respublikası mövcud olmayacaq - Tramp
-
Yaxın Şərq10:21ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi bazaları vuruldu



































.jpg)