Yaxın Şərq
ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi bazaları vuruldu
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveyt və Bəhreyndəki hərbi bazalarına kütləvi raket və dron zərbələri endirib.
Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Ofisi rəsmi bəyanat yayıb.
Məlumata görə, hərbi əməliyyat zamanı Küveytdəki "Əli Əl-Salem" aviabazası və Bəhreynin Salman limanında yerləşən ABŞ-nin 5-ci Donanmasına məxsus 8 mühüm obyekt ballistik raketlər və PUA-larla hədəfə alınaraq məhv edilib. SEPAH bu addımı ABŞ-nin İranın cənub sahillərinə etdiyi son hücumlara qətiyyətli cavab adlandırıb: "Təcavüzkar düşmən bu günün ilk saatlarında SEPAH-ın qayda pozan gəmiyə qarşı qanuni addımlarını bəhanə edərək İslam Respublikasının 5 sahil postuna hücum edib".
"İslamabad Anlaşma Memorandumuna əsasən, Hörmüz boğazında gəmilərin hərəkətinin tənzimlənməsi İrana məxsusdur. Bundan sonra qaydaları pozan gəmilərə qarşı daha sərt tədbirlər görüləcək. Atəşkəsin pozulması sənədin birinci bəndinin pozulması deməkdir və bütün proseslərin tamamilə dayandırılmasına səbəb olacaq" — bəyanatda qeyd edilib.
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































