Sosial
Həmin azərbaycanlı ailəyə azyaşlı uşaqları qaytarıldı - Foto
Ötən il xaricdə yaşayan Azərbaycan vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın əllərindən alınan 2 övladı - Dəniz və Araz Abdullayevlər ailəyə qaytarılıb.
Publika.az xəbər verir ki, bu barədə Gültac Abdullayeva sosial şəbəkə hesabında məlumat verib.
O, təxminən 1 ildir davam edən məhkəmə prosesində hər şeyin sübut olunduğunu, uşaqları geri aldıqlarını bildirib: “Məhkəmədə hər şey aydın oldu və uşaqlarımıza qarşı heç bir şiddət olmadığı sübut edildi. Yaşananların böyük bir yanlış anlaşılmadan ibarət olduğu ortaya çıxdı. Şükürlər olsun ki, bu gün balalarımızı yenidən qucağımıza aldıq”.
G.Abdullayeva bu məsələdə onların hüquqlarını Almaniyada yaşayan azərbaycanlı vəkilin müdafiə etdiyini sözlərinə əlavə edib.
Xatırladaq ki, valideynlər saytımıza açıqlamalarında bildirmişdilər ki, onlar bir neçə il Almaniyanın Dortmund şəhərində yaşayıblar. Bundan sonra Almaniya tərəfi ananın bir neçə ay əvvəl xəstəxanada övladına əzab verdiyini iddia edərək övladlarının Avropadan çıxışına qadağa qoyub. Avqustun 6-sı ailə birdəfəlik Azərbaycana qayıtmaq üçün yola çıxıb. Bu zaman Paris Hava Limanında polis əməkdaşları onlara yaxınlaşaraq uşaqları əllərindən alıblar.
Daha sonra Azərbaycanın Fransadakı səfirliyi məlumat yayararaq uşaqların Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarıldığını bildirmişdi.




-
Dünya12:10Rutte Trampı belə sakitləşdirdi - Ağ Evdə diqqətçəkən anlar
-
Rəsmi xronika11:27İlham Əliyev sloveniyalı həmkarını təbrik etdi
-
ABŞ09:33ABŞ Türkiyənin iki şirkətini və 7 rusiyalını sanksiya siyahısından çıxardı
-
Dünya07:357,5 bal gücündə zəlzələ bu ölkəni silkələdi - Ölü sayı 100 mini keçə bilər
-
Dünya05:15Rusiyaya yeni zərbələr endiriləcək - Zelenski əmr verdi
-
ABŞ04:30Ərdoğanı xoşbəxt edəcək qərar verəcəyəm - Tramp
-
İdman03:44Tarixi qərar: Hər bir idmançıya 10 min dollar veriləcək
-
Qoroskop01:40Günün ulduz falı: sirlərinizi bölüşməyin!

























.jpg)







