Sosial
Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir - FOTO
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol əfsanəvi moda simaları Adriana Lima və Alessandra Ambrosio ilə əməkdaşlığa başlayıb. Modellərin ümumilikdə 32 milyondan çox izləyicisi olan sosial media auditoriyasına təqdim edilən eksklüziv kolleksiyalar qlobal moda dünyasında böyük maraq yaradıb. Bu əməkdaşlıq “Trendyol”un Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkəni əhatə edən qlobal inkişaf strategiyasını əks etdirir.
Dünyaya səs salan bu kampaniya çərçivəsində moda dünyasının məşhur simaları Adriana Lima və Alessandra Ambrosio “Trendyol”un geniş məhsul portfelindən seçdikləri favorit parçaları izləyiciləri ilə bölüşərək öz fərdi üslub və moda baxışlarını ön plana çıxarıblar.
Türkiyə, Almaniya, Mərkəzi və Şərqi Avropa, Körfəz ölkələri və Azərbaycan daxil olmaqla 36 ölkədə fəaliyyət göstərən Trendyol beynəlxalq mövqeyini yüksək səviyyəli tərəfdaşlıqlar vasitəsilə daha da gücləndirir. Şirkət ötən il keçirilən “Əfsanəvi noyabr” kampaniyası çərçivəsində dünya şöhrətli futbolçu Kriştianu Ronaldonun nişanlısı Corcina Rodrigez ilə də əməkdaşlıq edib. Platformanın Körfəz ölkələrində keçirdiyi kampaniyanın sosial media siması olan Rodrigez, “Trendyol”un geniş çeşidindən seçdiyi sevimli məhsullarını 72 milyon izləyicisi ilə paylaşıb.
Adriana Lima və Alessandra Ambrosio 2000-ci illərin əvvəllərindən etibarən podium dünyasının ən tanınmış simaları sırasında yer alırlar. Braziliya əsilli Lima 1999-cu ildə “Victoria’s Secret Fashion Show”-da iştirak etdikdən sonra qlobal şöhrət qazanıb, 19 dəfə “Mələk” kimi podiuma çıxıb və dünyanın aparıcı dəb jurnallarının üz qabığında yer alıb. Karyerası boyunca o, moda sənayesinin ən nüfuzlu nümayişlərində iştirak edib və demək olar ki, bütün aparıcı moda evlərinin reklam kampaniyalarının siması olub.
Ambrosio isə “Victoria’s Secret” podiumunda ilk dəfə 2000-ci ildə çıxış edib və Lima kimi bu şouda 19 dəfə iştirak edib. O, podium karyerası ilə yanaşı, film və seriallarda da çəkilib. Ambrosio karyerası ərzində bir çox qlobal moda brendlərinin reklam kampaniyalarında yer alıb və onların siması kimi çıxış edib.

-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq



















.jpg)





.jpg)









