Sosial
Zakir Fərəcov vətəndaşların müraciətlərini yerində dinlədi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin müxtəlif yaşayış məntəqələrində vətəndaşlarla keçirilən səyyar görüşlər davam etdirilir. Növbəti səyyar qəbul Sumqayıt şəhərinin 2-ci məhəllə ərazisində təşkil olunub.
Publika.az xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də sakinlər iştirak ediblər.
Səyyar qəbulun əsas məqsədi vətəndaşları narahat edən məsələlərin yerində öyrənilməsi, problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi olub.
Qəbul zamanı sakinlər tərəfindən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi, sosial məsələlər və digər mövzularla bağlı müxtəlif müraciətlər səsləndirilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi şəhər rəhbərinin göstərişi əsasında yerindəcə öz həllini tapıb. Əlavə araşdırma və icra mexanizmi tələb edən digər müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ həlli istiqamətində müvafiq göstərişlər verilib.
Bildirilib ki, Sumqayıtda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və infrastruktur layihələri şəhərin sosial-iqtisadi inkişafına, sakinlərin rahatlığının və rifahının yüksəldilməsinə xidmət edir.
Görüşdə iştirak edən sakinlər şəhərdə son illər aparılan abadlıq və yenidənqurma işlərini yüksək qiymətləndirərək, onların müraciətlərinə diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq



















.jpg)






.jpg)








