Sosial
FHN Bakı Avropa Liseyində təlim keçirdi - Video
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən Bakı Avropa Liseyində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Publika.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd təhsil müəssisəsinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.
Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən liseyin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Praktiki hissədə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra liseyin köçürmə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, yanğınsöndürənlər tərəfindən “yanğınla mübarizə” tədbirlərinə başlanılaraq çevik kəşfiyyatın aparılması, “yanğının söndürülməsi” və “xilasetmə” əməliyyatları yerinə yetirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan
-
Hadisə7 İyun 18:12Azərbaycanda zəlzələ oldu
-
Sosial7 İyun 17:44Azyaşlının əlillik müavinəti hər il kəsilir - VİDEO
-
Magazin27 İyun 17:06Aleyna Solaker Berkə ərə gedir
-
Digər7 İyun 16:03Əfqanıstanda çadra əvəzinə hicab geyinənlərə qarşı reyd keçirildi

















.jpg)


















