Sosial
“Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr olunub
Böyük Britaniyanın kino sahəsində aparıcı beynəlxalq nəşrlərindən olan “Screen International” jurnalının may buraxılışının üz qabığı Azərbaycana həsr edilib.
Jurnalın üz qabığında Azərbaycanda kino istehsalı sahəsində aparılan islahatların nəticələrindən biri olan geri ödəniş (cash rebate) mexanizmi ilə bağlı informasiya verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 iyul tarixli Qərarına əsasən, ölkə ərazisində film istehsalı üçün mal, iş və xidmətlərin alınmasına çəkilmiş xərclərin 25 faizi istehsalçıya geri qaytarılır.
Bundan başqa, mədəniyyətimizin təbliği üçün müəyyən edilmiş meyarların azı üçünə cavab verdikdə çəkilmiş xərclərin daha 15 faizi istehsalçıya geri ödəniləcək.
Beləliklə, istehsalçı şirkət xərclərinin 40%-ə qədərini geri ala biləcək. Bunu əsas götürərək jurnal Azərbaycanın xarici film istehsalçılarının sevimli məkanına çevriləcəyini bəyan edir. Jurnalın may buraxılışı 79-cu Kann Film Festivalına həsr edilib. Hazırda Azərbaycan bu festivalda milli stendlə təmsil olunur.
Onu da bildirək ki, əsası 1889-cu ildə qoyulan “Screen International” jurnalı 1975-ci ildən indiki adı ilə nəşr olunur.
-
Cənubi Qafqaz23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO


































