Sosial
Fövqəladə hallar nazirinin müavini WUF13 çərçivəsində keçirilmiş tədbirdə iştirak etdi - FOTO
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Erkən xəbərdarlıq və iqlimə dayanıqlı şəhərlər” mövzusunda tədbir keçirilib.
FHN-dən Publika.az-a verilən məlumata görə, tədbir iqlimə dayanıqlı şəhərlər üçün erkən xəbərdarlıq sistemlərinin əhəmiyyətinin nümayiş etdirilməsi, təbiətə əsaslanan yanaşmaların və ekosistem yönümlü uyğunlaşmanın iqlim risklərinin azaldılmasındakı roluna dair müzakirələrin aparılması məqsədilə təşkil olunub.
Tədbirdə aidiyyəti yerli qurumların rəhbər vəzifəli şəxsləri və xarici nümayəndələr iştirak edib.
Fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov tədbirdə çıxış edib.
Nazir müavini qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə tədbirlərinin Azərbaycanda əhali və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən fəaliyyətin ayrılmaz hissəsi kimi nəzərdən keçirildiyini bildirib. Bu baxımdan erkən xəbərdarlıq xüsusilə iqlimə dayanıqlı və təhlükəsiz şəhərlərin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemlərinin formalaşdırılması ilə bağlı təşəbbüsləri dəstəkləyir və bu istiqamətdə səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.
Nazir müavini qeyd edib ki, tikinti fəaliyyətinin hər bir mərhələsində, o cümlədən layihələndirmə zamanı tikinti işlərinin ətraf mühitə və ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri daim izlənilir.
-
Qoroskop01:40Günün ulduz falı: yarımçıq qalan işlərinizi tamamlayın!
-
İdman22 İyun 23:15DÇ-2026: Messi Argentinaya qələbə qazandırdı - Yeniləndi
-
Magazin222 İyun 22:46300-dən çox daşınmaz əmlakı var - Kirayədən aylıq 10 milyon qazanır
-
Region22 İyun 21:51Qara dənizdə yük gəmisinə hücum: Türkiyə vətəndaşları yaralandı
-
Nida Xəbər 22 İyun 19:20Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Hadisə22 İyun 18:50Dənizdə batan şəxslərin yarımçıq qalan süfrəsi - Foto
-
Elm və təhsil22 İyun 18:40Bakıdakı universitetlər köçürülməyəcək, amma... - Emin Əmrullayev
-
Ekologiya22 İyun 18:30Üç gün yağış yağacaq



































