Sosial
Saleh Səmədov 200 min manat mənimsəyibmiş
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.
İttihamda yazılır ki, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib. Bu əməlinə görə, ona Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 179.3.2-ci maddələri ilə ittiham elan edilib.
Hazırda dəymiş ziyandan 44 min manat ödənilib.
Saleh Səmədov ittihama münasibətdə özünü qismən təqsirli bilib. O, növbəti prosesdə sərbəst ifadə verəcək.
Qeyd edək ki, Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa etmişdi. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb oldu.
Bu qalmaqaldan sonra S.Səmədov vəzifəsindən azad edildi. Bir müddət sonra isə DTX onun korrupsiya cinayətlərini üzə çıxardı. Keçmiş şura sədri 1 ildir həbsdədir.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?















.jpg)
.jpg)

















