Sosial
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi
Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində “JestPlus” mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları “JestPlus” mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub.
Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan “JestPlus” tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Qeyd edək ki, “JestPlus” tətbiqini “App Store” və “Google Play” platformalarından yükləmək mümkündür.
Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, “Karlara Dəstək” İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, “Nar”ın Koprorativ sosial məsuliyyət və sponsor layihələri üzrə eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi, “JestPlus” layihəsinin texniki məsələlər üzrə rəhbəri Amir Adamov çıxış edərək rəqəmsal inklüzivliyin və əlçatan təhsil imkanlarının əhəmiyyətini vurğulayıblar. İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, onların sualları cavablandırılıb və tətbiqdən istifadə ilə bağlı praktiki tövsiyələr təqdim olunub.
“Nar” cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına və rəqəmsal əlçatanlığın artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır






























.jpg)









