Sosial
Bank Respublika məhkəməyə verildi
“Bank Respublika” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Publika.az Yurd.Media-ya istinadən xəbər verir ki, iddiaçılar Zülfüqarov Məsim Söhbət oğlu və Zülfüqarov Toğrul İsmayıl oğlu cavabdeh İsmayıllı rayon Notariat ofisi və üçüncü şəxs “Bank Respublika” ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki qaydada İsmayıllı Rayon Məhkəməsinə müraciət ediblər.
İddiaçılar cavabdeh İsmayıllı rayon Notariat ofisi və üçüncü şəxs “Bank Respublika” ASC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayon Notariat Kontorunun apardığı icra hərəkətlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ediblər.
Onlar qeyd edirlər ki, icra və probasiya şöbəsində başladılan icra hərəkətinin “İcra haqqında” Qanunun 63.1.3-cü maddəsinə, icra işi Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə ziddir.
Belə ki, Zülfüqarov Məsim Söhbət oğlunun mülkiyyətində həmin bankın 45 min manat bazar qiyməti, 36 min manat likvid qiyməti ilə qiymətləndirdiyi və girov saxladığı “DAF 105 XF” markalı 31-BF-771 nömrəli yük avtomobili var.
“Borcun öncəliklə borcalanın əmlakına yönəldilməsi və bunun üçün məhkəmə qərarı lazım idi. Ayrıca notariusun icra qeydi üçün borcun mübahisəsiz olması lazımdı. Amma notarius borcun mübahisəli və mübahisəsiz olub-olmadığını araşdırmadan icra qeydi aparıb” – deyə şikayətdə qeyd olunub.
Məhkəmə iddiaçılar Zülfüqarov Məsim Söhbət oğlu və Zülfüqarov Toğrul İsmayıl oğlunun cavabdeh İsmayıllı rayon Notariat ofisi və üçüncü şəxs "Bank Respublika” ASC-yə qarşı icra qeydinin ləğvi tələbinə dair iddiası təmin edilməyib.
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır








.jpg)




.jpg)












.webp)









