Sosial
IV Milli Kibertəhlükəsizlik Forumu "Azercell"in dəstəyi ilə keçəcək
Şirkət forumda ən müasir kibertəhlükəsizlik həllərini nümayiş etdirəcək
“Azercell Telekom” MMC ölkənin kibertəhlükəsizlik sahəsində ən mühüm tədbirlərindən biri hesab olunan IV Milli Kibertəhlükəsizlik Forumunun əsas dəstəkçiləri sırasında yer alır. İyunun 4-də keçiriləcək forum dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri, texnologiya şirkətlərini və sahə peşəkarlarını bir araya gətirərək rəqəmsal təhlükəsizlik sahəsində aktual çağırışların və innovativ həllərin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.
Forum çərçivəsində Azercell xüsusi stendlə təmsil olunacaq. Şirkət stendində korporativ müştərilər üçün nəzərdə tutulan kibertəhlükəsizlik həllərini, informasiya təhlükəsizliyinin idarə olunması istiqamətində tətbiq etdiyi qabaqcıl yanaşmaları, eləcə də süni intellekt əsaslı təhlükə aşkarlama və monitorinq imkanlarını təqdim edəcək.
Tədbir çərçivəsində Azercell-in Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli “Kibertəhlükəsizlik 2.0: Süni intellekt erasında ekosistemin transformasiyası” mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sahəsinə gətirdiyi real nəticələr, tətbiq edilən yeni müdafiə mexanizmlərinin effektivliyi və rəqəmsal təhlükəsizliyin gələcəyini formalaşdıran əsas uğurlu tendensiyalar təqdim olunacaq.
Qeyd edək ki, Azercell kibertəhlükəsizlik sahəsində fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına uyğun şəkildə inkişaf etdirir. Şirkət daxili sistemlərdə süni intellekt texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin avtomatlaşdırılmış təhlili, zəifliklərin operativ aşkarlanması və risklərin qiymətləndirilməsi imkanlarını daha da təkmilləşdirib. Real vaxt rejimində monitorinq və qabaqlayıcı təhlükə aşkarlama mexanizmləri isə potensial kibertəhlükələrin qarşısının vaxtında alınmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində keçiriləcək müzakirələrin ölkədə rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına, yeni əməkdaşlıq imkanlarının formalaşmasına və innovativ yanaşmaların tətbiqinə töhfə verəcəyi gözlənilir.
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU








.jpg)



























