Sosial
Trendyol və PAŞA Holding Uşaqların Beynəlxalq Müdafiəsi Gününü region məktəbliləri ilə qeyd edib
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol şirkəti PAŞA Holding ilə birlikdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bir qrup Şabran məktəbliləri ile qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şabran rayonunun Qazbabalı kəndində yaşayan və qonşu kəndlərdə təhsil alan uşaqlar valideynləri ilə birlikdə Bakıya dəvət olunublar. Onlar robotexnika üzrə master-klasslarda iştirak edib, uşaqlar üçün nəzərdə tutulan əyləncə mərkəzində vaxt keçirib, İçərişəhər turunda Azərbaycanın tarixi-mədəni irsi ilə yaxından tanış olublar.
Proqramın əsas hissəsini təşkil edən robotexnika master-klassında məktəblilər sadə robotların hazırlanması, sensor texnologiyaları və kodlaşdırmanın əsasları ilə tanış olublar. İnteraktiv sessiyalar zamanı onlar texnologiyanı praktiki şəkildə sınayaraq yeni bacarıqlar əldə edib, təlimçilərin dəstəyi ilə robotlar hazırlayıblar.
Təşəbbüsün məqsədi ucqar kənd və regionlarda yaşayan uşaqların texnologiya, yaradıcılıq və yeni təcrübələrlə tanışlığını dəstəkləmək, onların gələcəyin bacarıqlarına marağını artırmaq və inkişaf imkanlarını genişləndirməkdir.
Trendyol PAŞA Holding ilə birgə regionlarda rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr həyata keçirib. Bu çərçivədə Gəncə və Mingəçevirdə 4 günlük AI düşərgəsi, Xankəndidə isə məktəbli qızlar üçün “İKT-də qızlar” 12-ci Regional Konfransı keçirilib. Bunlar “Trendyol”un Azərbaycanda inklüziv rəqəmsal mühitin inkişafına verdiyi töhfənin nümunələridir. Şirkət bu istiqamətdə PAŞA Holding ilə birgə davamlı layihələr həyata keçirir.
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA








.jpg)





























