Sosial
Daha bir tanınmış plastik cərrahın sertifikatı ləğv edildi
Daha bir tanınmış plastik cərrahın sertifikasiya şəhadətnaməsinin ləğv edildiyi məlum olub.
Publika.az Xitab24.az-a istinadla xəbər verir ki, bu dəfə söhbət Səkinə Xudiyevadan gedir.
Onun AH № 045184 nömrəli sertifikatının ləğvi ilə bağlı müvafiq qərarı Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyası qəbul edib.
S.Xudiyeva Təftiş Komissiyasının qəbul etdiyi qərarın ləğvi üçün məhkəməyə müraciət etsə də, onun şikayət ərizəsi təmin olunmayıb.
Belə ki, plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericiliyə əsasən, ali ixtisaslı tibb təhsili (rezidentura, uzmanlıq və digər) tələb olunduğu halda, Səkinə Xudiyeva plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və bu sənədi əldə edib.
Qeyd edək ki, Səkinə Xudiyeva ilə bağlı mediada çoxsaylı pasiyent şikayətlərinə rast gəlmək mümkündür.
Xatırladaq ki, daha öncə digər tanınmış plastik-cərrah Mübariz Məmmədlinin sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı xəbər vermişdik. M.Məmmədli sonradan bu xəbəri təkzib etməyə çalışsa da, onun bu qərarın ləğvi üçün müraciət etdiyi məhkəmədə sonuncu iclas 15(1-8)-13/2026 nömrəli məhkəmə işində yekunlaşıb.
-
Ekologiya20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi













.jpg)
.png)

.jpg)



















.jpg)