Şurikin fırıldağı reallaşdı: İmtahanlarda süni intellekt və ağıllı eynək
Bizi izləyin

Sosial

Şurikin fırıldağı reallaşdı: İmtahanlarda süni intellekt və ağıllı eynək

Şurikin fırıldağı reallaşdı: İmtahanlarda süni intellekt və ağıllı eynək

Britaniyada təhsil qurumları imtahanlarda yeni texnologiyaların yaratdığı saxtakarlıq risklərindən narahatdır.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, İngiltərənin İxtisaslar və İmtahanların Tənzimlənməsi İdarəsi (Ofqual) hesab edir ki, ağıllı eynəklər, görünməyən qulaqcıqlar və digər müasir cihazlar imtahanlarda köçürmə hallarını daha da artıracaq.

Qurumun rəhbəri Yan Bokhem bildirib ki, şagirdlərin kurs işlərində süni intellektdən istifadəsi də ciddi nəzarət altındadır. Onun sözlərinə görə, müəllimlər süni intellekt tərəfindən yazılmış mətnləri aşkar etməkdə getdikcə daha çox çətinlik çəkirlər.

Bokhem qeyd edib ki, əvvəllər əsas problem mobil telefonlar idisə, indi internetə qoşulan ağıllı saatlar, ağıllı eynəklər və digər texnologiyalar da yeni təhlükə mənbəyinə çevrilib.

“Hazırlanmaqda olan bəzi ağıllı eynəklər mətnləri linzanın iç tərəfində göstərir və onları yalnız istifadəçi görə bilir. Buna görə də texnologiyanın inkişafını daim izləməliyik”, - deyə o vurğulayıb.

"Ofqual"ın məlumatına görə, ötən yay imtahanlarda mobil telefon və digər “ağıllı” cihazlardan istifadə ilə bağlı 2225 saxtakarlıq faktı qeydə alınıb. Bu göstərici 2018-ci ildən bəri ən yüksək rəqəm hesab olunur.

Qurum hesab edir ki, süni intellektin imkanlarının genişlənməsi fonunda kurs işlərinə dair tələblər də sərtləşdirilə bilər. Gələcəkdə tələbələrdən istifadə etdikləri mənbələri daha ətraflı göstərmək və işlərinin hazırlanma prosesini izah etmək tələb oluna bilər.

Bokhem bildirib ki, süni intellektə “mənim üçün 10 min söz yaz” tapşırığı verməklə hazırlanan işlərin qəbul edilməsi yolverilməzdir.

Qeyd edək ki, Britaniyada baş verən bu hadisə məşhur rus bədii filmi "I" əməliyyatı və Şurikin macəraları" filmindəki o möhtəşəm səhnəni xatırladır: "Professor, əlbəttə ki, axmaqdır, amma avadanlıq qəbul edir, qəbul edir! Məni eşidirsən?"

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm