Sosial
Anar Əliyev Cenevrədə BƏT-in Baş direktoru və bir sıra ölkələrin nazirləri ilə görüşdü
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.
“Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.
Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşündə ölkələrimiz arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. İki nazirlik arasında əməkdaşlıq gündəliyinə, habelə işçi qüvvəsinin ixracı ilə bağlı əməkdaşlığın davamlı və daha intensiv xarakter almasına dair fikir mübadiləsi aparılıb.
Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir Anar Əliyev ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. Görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, Litvanın əmək bazarının ehtiyaclarına uyğun olaraq Azərbaycandan işçi qüvvəsinin cəlb edilməsi imkanlarının araşdırılması məsələləri müzakirə olunub.
BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə ölkəmizin BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU







































.jpg)