Sosial
120 kq yararsız əti satmağa aparan şəxs saxlanıldı - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin müfəttişləri DİN-in Füzuli RPŞ-nin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı "Gaz 031-02" markalı avtomobildə 120 kq yararsız ət aşkarlanıb.
Bu barədə Publika.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, antisanitar şəraitdə və temperatur rejiminə əməl edilmədən daşındığı, həmçinin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi müəyyən edilib.
Vətəndaş izahatında ətin özünə məxsus olduğunu, iribuynuzlu heyvanı tələf olduğu üçün Xocavənd rayonu, Qırmızı Bazar ərazisində kəsdiyini və Beyləqan rayonuna aparmaq istədiyini bildirib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, ətlər soyuducu anbarda saxlanca yerləşdirilib, laborator nümunə götürülüb.
-
Qarabağ 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO
-
Avropa16:26Şimali Kiprdə batan gəmidən 259 nəfər xilas edildi - YENİLƏNDİ
-
Enerji16:17Sabah Bakının bu ərazilərində qaz olmayacaq
-
Ekologiya15:27Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi
-
Nida Xəbər 14:10Azərbaycanda 32 kütləvi məzar tapılıb
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU







































.jpg)